Bu il əcnəbilərlə evlənən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Bu il ecnebilerle evlenen Azerbaycan vetendaslarinin sayi aciqlanib
Bu ilin 9 ayında Azərbaycan vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında 1 570 nikah bağlanıb.

Bu barədə Zeferinfo.az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, onlardan 858-i Azərbaycan vətəndaşı olan kişi, 712-si isə qadındır.

Məlumata görə, daha çox Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Qazaxıstan, Pakistan vətəndaşları ilə nikah bağlanıb.