Bu il Azərbaycanda keçiriləcək III MDB Oyunlarının Təşkilat Komitəsinin tərkibində dəyişiklik edilib

Zeferinfo.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, tərkibə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi və Mənzil İnşaatı Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavinləri daxil edilib.
Eyni zamanda Oğuz Rayon İcra Hakimiyyətinin başçısı, Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini, Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini, Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini, Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini və Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini Təşkilat Komitəsindən çıxarılıb.