“Böyük Qayıdış və reinteqrasiya” ilə bağlı dinləmələr keçiriləcək

“Boyuk Qayidis ve reinteqrasiya” ile bagli dinlemeler kecirilecek

Milli Məclisdə “Böyük Qayıdış və reinteqrasiya” ilə bağlı dinləmələr keçiriləcək.

Zeferinfo.az xəbər verir ki, bununla bağlı parlamentin İnsan hüquqları komitəsinin 2026-cı il yaz sessiyası üçün iş planına daxil edilib.

İş planında həmçinin qeyd edilib ki, “Azərbaycan dili-milli suverenlik və insan hüquqlarının ayrılmaz tərkib hissəsi kimi - xarici dövlətlərdə Azərbaycan dilinin vəziyyətinə dair” ictimai dinləmənin keçirilməsi də nəzərdə tutulur.

Bundan əlavə, İnsan hüquqları komitəsinin iş planında “Yeni dünya düzəni və mövcud qlobal geosiyasi proseslər fonunda insan hüquqları: çağırışlar və yeni baxışlar” mövzusunda, rəqəmsal suverenliyin qorunması, dezinformasiyaya, deepfake və manipulyasiya texnologiyalarına qarşı hüquqi və institusional mexanizmlərin gücləndirilməsi sahəsində icmalların hazırlanması, “Milli-mənəvi dəyərlərin və ailə institutunun informasiya-kommunikasiya məkanında müdafiəsi” mövzusunda dəyirmi masanın təşkili, uşaq və yeniyetmələrin sosial media asılılığının qarşısının alınması yollarına dair ekspert müzakirələrinin təşkili də var.