Böyük Britaniya səfirliyi Ağdam və Cərayılda mina partlayışları ilə bağlı paylaşım edib

Boyuk Britaniya sefirliyi Agdam ve Cerayilda mina partlayislari ile bagli paylasim edib

Ağdamda və Cəbrayılda iki uşağın yaralanması ilə nəticələnən yeni mina hadisələri xəbəri bizi kədərləndirdi.

Zeferinfo.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin "X" sosial şəbəkəsindəki paylaşımda deyilir.

"Böyük Britaniya 2020-ci ildən ANAMA və BMT-nin İnkişaf Proqramı ilə birgə Azərbaycanda minatəmizləmə sahəsində çalışan cəsur kişi və qadınların işinə, o cümlədən risk təhsilinə və qurbanlara yardıma dəstək verir", - paylaşımda deyilir.

Xatırladaq ki, ötən gün Cəbrayıl və Ağdam mina partlayışı hadisələri baş verib.

Cəbrayıl rayonunun Mehdili kəndində baş verən hadisədə ANAMA-nın əməkdaşı 1991-ci il təvəllüdlü Xankişiyev Heydər Əli oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışına məruz qalıb. Hadisə nəticəsində Heydər Xankişiyevin sağ ayağının topuq nahiyyəsi amputasiya olunub. O, dərhal rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.

Ağdam rayonunun Qalayçılar kəndi ərazisində baş vermiş mina hadisəsi nəticəsində isə bir ailənin 3 üzvü yaralanıb.