Bolqarıstanın birinci xanımı Şamaxıda olub
COP-29 çərçivəsində Azərbaycana gələn Bolqarıstan Respublikasının Prezidentinin xanımı Desislava Radeva Şamaxıya səfər edib.
Zeferinfo.az xəbər verir ki, səfər zamanı qonaq Şamaxı “Cümə” məscidində olub. Burada qonağa Azərbaycandakı multikultural mühit və dini dəyərlər bardə geniş məlumat verilib.
Desislava Radeva rayonun müasir kənd təsərrüfatı və turizm müəssələri ilə tanış olub, ona rayonun tarixi, mədəni həyatı, sosial-iqtisadi inkişafı və turizm potensialı ilə bağlı həyata keçirilən layihələrdən danışılıb.
D.Radeva səfər zamanı "Yaşıl dünya naminə həmrəylik ili"nə tövhə olaraq ağac əkib.