Bolqarıstan İrandakı diplomatlarını Azərbaycan vasitəsilə təxliyə edib
        Bolqarıstan öz diplomatlarını İrandan Azərbaycana təxliyə edib.
Zeferinfo.az-ın Bolqarıstan KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə bu gün ölkənin Baş naziri Rosen Jelyazkov bildirib.
Onun sözlərinə görə, İranda 12 bolqar diplomat və onların ailə üzvləri olub.