BMT Baş Assambleyasının prezidenti ölkəmizdə səfərdədir

BMT Bas Assambleyasinin prezidenti olkemizde seferdedir

Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyasının prezidenti Filemon Yanq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.

Zeferinfo.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın səhiyyə naziri Teymur Musayev və digər rəsmi şəxslər qarşılayıblar.