"Biz Qayıdacağıq!” sənədli filminin çəkilişləri başa çatıb
"Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Qərbi Azərbaycanlı Qaziləri, Şəhid Ailələri və Veteranlarının İctimai Çağırışı – Biz Qayıdacağıq!” layihəsinin icrasını davam etdirir.
zeferinfo.az xəbər verir ki, layihə çərçivəsində hazırlanan "Biz Qayıdacağıq!” sənədli filminin çəkilişləri başa çatıb.
"Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları" ictimai birliyinin sədri, Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) xidmət etmiş Vətən Müharibəsi qazisi Bəhruz Məmmədzadə vurğulayıb ki, Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin hərbi və siyasi yolu Azərbaycan tarixinin missiyasıdır:
"Biz gələcəyə inanaraq, vətənimizə, dövlətimizə və millətimizə xidmət etməyə davam etməliyik. Vətənimizin xoş gələcəyi naminə hər zaman haqq yolumuzda addımlamalıyıq. Vətənimizə layiq vətəndaşlar yetişdirməliyik. Missiya davam edir.”
Qeyd edək ki, sözügedən filmdə qazilər, şəhid ailələri, veteranlar, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Sənədli filmin dövlət və ictimaiyyət nümayəndələrinin iştirakı ilə təqdimatı olacaq.