“Biz qayıdacağıq...” sənədli filminin təqdimatı keçiriləcək
18 noyabr 2023-cü il tarixində, saat 11:00-da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları" ictimai birliyinin "Qərbi Azərbaycanlı Qaziləri, Şəhid Ailələri və Veteranlarının İctimai Çağırışı - Biz Qayıdacağıq!" layihəsi çərçivəsində hazırlanmış sənədli filmin təqdimatı keçiriləcək.
Zeferinfo.az xəbər verir ki, "Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları" ictimai birliyinin sədri Bəhruz Məmmədzadə sənədli filmin çəkilməsində əsas məqsədin tarixi missiyanın davam etdiyini və bu missiya üçün yaradıcı işlərə daha çox ehtiyac olduğunu vurğulayıb: “Hərbi və ya mülki həyatımızda tarixi missiyamızı davam etdirməliyik. Gələcək üçün sağlam və faydalı fəaliyyətlər göstərməliyik. Yorulmamalıyıq”.
Sənədli film Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veyeranları Təşkilatının akt zalında təqdim olunacaq.
Qeyd edək ki, filmin təqdimatı ictimaiyyətə açıqdır.
Təqdimatın keçiriləcəyi ünvan: AZ 1007 Bakı Nərimanov rayonu, Kaveroçkin küçəsi 34.