Tərəflər arasında aparılan müzakirələr zamanı qarşılıqlı sərmayə imkanları da gündəmə gəldi. Azərbaycan Vyetnam şirkətlərini ölkəmizdə yaşıl enerji sahəsinə investisiya yatırmağa dəvət etdi. Eyni zamanda, Azərbaycanın da Vyetnamda bu sahədə layihələrə sərmayə qoymağa hazır olduğu bildirildi. Bu qarşılıqlı yanaşma həm iqtisadi, həm də ekoloji baxımdan faydalı əməkdaşlığın əsasını qoyur.
Bərpaolunan enerji sahəsində bu əməkdaşlıq, həmçinin iki ölkənin “yaşıl keçid” hədəflərinə töhfə verəcək, beynəlxalq səviyyədə iqlim dəyişikliyi ilə mübarizədə birgə səylərin güclənməsinə imkan yaradacaq. Enerji təhlükəsizliyi, ekoloji məsuliyyət və iqtisadi diversifikasiya baxımından bu təşəbbüs strateji əhəmiyyət kəsb edir.
Bu gün dünyada bərpaolunan enerji mənbələrinə keçid sadəcə bir tendensiya deyil, həmçinin qlobal zərurətdir. Azərbaycan və Vyetnamın bu istiqamətdə göstərdiyi iradə və qarşılıqlı maraq gələcəkdə davamlı inkişaf üçün yeni imkanlar yaradacaq. Belə əməkdaşlıqlar təkcə ölkələrimizin iqtisadi gələcəyini deyil, həm də planetimizin ekoloji sabitliyini təmin edə bilər.
Rəvanə Kərimova, Nəsimi Rayon gənci