Bişkekdə Zəfər Gününə həsr edilmiş tədbir keçirildi - FOTOLAR
9 noyabr tarixində Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, Gəncliyin Sosial İqtisadi İnkişafına Yardım İctimai Birliyi və Qırğızıstan Azərbaycanlılarının "Birlik” diaspora təşkilatının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Zeferinfo.az xəbər verir ki, tədbirdə Qırğızıstanda yaşayan azərbaycanlı diaspor fəalları, Qırğızıstanın tanınmış şəxsləri, ictimaiyyət numayəndələri və Ağsaqqalar şurasının sədri iştirak edib.
Tədbiri giriş sözü "Birlik” Azərbaycan Diaspora təşkilarının sədri Xansıvar Baxşəliyev açıb. O Azərbaycanın Zəfər Gününə həsr olunmuş tədbirdə iştirak edən hər kəsə minnətdarlığını bilirərək Qarabağ müharibəsinin şəhidlərinin ruhunu bir dəqiqəlik sükutla yad etməyə çağırıb.
Azərbaycanın Qırğızıstandakı səfirliyinin müşaviri Zülfüqar Tanrıverdi çıxış edərək tədbir iştirakçılarını Zəfər günü münasibətilə təbrik edib. O eyni zamanda Ermənistanın işğalçılıq siyasətindən danışıb.
Gəncliyin Sosial İqtisadi İnkişafına Yardım İctimai Birliyinin sədri Əfsələddin Ağalarov tədbirin keçirilməsində göstərdiyi dəstəyə görə dispor təşkilatına öz təşəkkürünü bildirib. O Zəfər gününün Azərbaycan xalqının tarixində ən şanlı səhifələrdən olduğunu bildirib.
"İslahatçı Gənclər Birliyi"nin sədri Fərid Şahbazlı öz növbəsində Qırğızıstan ictimaiyyətinə öz təşəkkürünü bildirib. Təşkilst sədri qardaşlıq əlaqələrinin qurulmasında göstərdiyi dəstəyə görə Qırğızıstanın dəyərli ziyalılarına təşəkkürünü bildirib. 44 günlük Vətən müharibəsi zamanı Qırğızıstanın Azərbaycanın yanında olmasını, siyasi dəstəyini Azərbaycan xalqının yüksək qiymətləndirdiyini xüsusi vurğulayıb.
Mətbuat Şurası İdarə Heyətinib üzvü Hacıbəy Heydərli çıxışı zamanı Zəfər Gününün keçirilməsinin əhəmiyyətindən bəhs edib. Eyni zamanda informasiya müharibəsinin bu gün də davam etdiyini, xaricdə yaşayan azərbaycanlılalırn informasiya müharibəsində aktiv iştirak etməli olduğunu bildirib. O bildirib ki, Azərbaycan COP-29 kimi mühüm tədbirə ev sahibliyi edəcək və bütün dünyanın gözü ölkəmizdədir. Hacıbəy Heydərli eyni zamanda Ermənistanın Qarabağda törətdiyi ekoloji terror haqda da danışıb.
Qırğızıstan Ağsaqqallar Şurasının sədri Osman Səfərov da bu günün vacibliyi haqda geniş məlumat verilib. Eyni zamanda Qırğızıstan-Azərbaycan dostluq münasibətlərinin tarixindən bəhs edib.
Tədbir müzakirələr ilə davam etdirilib.
Sonda xatirə şəkili çəkilib.