Birinci yarımildə ilan sancması ilə xəstəxanaya müraciət edənlərin sayı açıqlandı

Birinci yarimilde ilan sancmasi ile xestexanaya muraciet edenlerin sayi aciqlandi

2025-ci ilin ilk 6 ayı ərzində TƏBİB tabeli tibb müəssisələrinə ilan zəhəri ilə toksik effekt diaqnozu ilə ümumilikdə 148 nəfər müraciət edib.

Bu barədə Zeferinfo.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, sözügedən dövr ərzində ölüm faktı qeydə alınmayıb.

"Qeyd edək ki, TƏBİB tərəfindən tibb müəssisələrinin isti hava şəraiti ilə əlaqədar mövsümü xarakter daşıyan ilan və digər zəhərli həşəratların dişləməsinə qarşı zərdabla təminatı həyata keçirilib.

Respublikanın ayrı-ayrı regionlarında yerləşən mərkəzi rayon xəstəxanaları, eyni zamanda, Bakıdakı bütün poliklinikalar zəruri tələbata uyğun olaraq zərdabla tam təmin olunub.

İlan və həşərat sancmaları daha çox Mərkəzi Aran rayonları üçün xarakterikdir. Zərdab təminatı müəssisələrin təqdim etdiyi tələbnaməyə uyğun olaraq dövri şəkildə tam təhciz olunur. Zərdablar, əsasən, Mərkəzi Asiya ölkələrindən gətirilir. Bunun səbəbi odur ki, həmin ölkələrin relyef-iqlim şəraiti, ilan və həşəratların növü bizim ölkə ilə uyğunluq təşkil edir", - deyə əlavə edilib.