Birinci Qarabağ müharibəsi şəhidi Atakişi Atayevin nəşinin qalıqları dəfn edilib

Birinci Qarabag muharibesi sehidi Atakisi Atayevin nesinin qaliqlari defn edilib

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən Atayev Atakişi Qəhrəman oğlunun nəşinin qalıqları torpağa tapşırılıb.

Zeferinfo.az xəbər verir ki, şəhidin dəfninə ailə, yaxın qohumları və ictimaiyyət nümayəndələri qatılıb.

Şəhid Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub.

Qeyd edək ki, o, 1992-ci ildə Xocalı rayonu Naxçıvanlı kəndində itkin düşmüşdü.