"Bir Vətən-bir Ürək"mövzusunda tədbir keçrilib

"Bir Veten-bir Urek"movzusunda tedbir kecrilib

Bu gun Tolerantlıq Evində 27 Sentyabr – Anım Günü münasibətilə şəhidlərimizin əziz və müqəddəs xatirəsinə həsr olunmuş “Bir Vətən – Bir Ürək” mövzusunda tədbir keçirildi. 
Tədbirdə ölkədə fəaliyyət göstərən dini icmaların rəhbərləri və nümayəndələri, müxtəlif dinlərə mənsub şəhid ailələrinin üzvləri və qazilər, İlahiyyat İnstitutunun müəllim və tələbələri  iştirak edirdi.

Tədbirin “Bir Vətən – bir Ürək” adlanması təsadüfi deyildi. Bu mövzu  Azərbaycan xalqının birliyini, müxtəlif dinlərə və millətlərə mənsub insanların eyni amal uğrunda necə bir ürəklə mübarizə apardığını göstərir. Şəhidlərimiz tək bir etnik qrupdan, tək bir inancdan deyildilər – onlar Azərbaycanın hər bölgəsindən, hər inancından olan vətəndaşlar idi. Onları birləşdirən bir amil var idi – Vətən sevgisi.

Azərbaycan əsrlər boyu dinlər və mədəniyyətlər arasında körpü olmuş bir ölkədir. Tədbirdə müsəlman, xristian, yəhudi və digər icmalardan olan şəhid ailələrinin bir araya gəlməsi bir daha sübut edir ki, Vətən sevgisi bu ölkədə yaşayan hər kəsi bir ürək kimi döyünməyə vadar edir.
Bugünkü tədbir həm də bir çağırışdır –bu ölkədə yaşayan hər kəs fərqli inanc və kimliyindən asılı olmayaraq, bir Vətən, bir bayraq, bir gələcək uğrunda eyni ürəklə döyünməyə davam etməlidir.
Bütün şəhidlərimizin ruhu şad olsun.

Yaşasın Azərbaycan! Yaşasın birliyimiz!