Bir sıra məhkəmələrə hakimlər və sədrlər təyin edilib - SİYAHI
Zeferinfo.az xəbər verir ki, Sərəncama əsasən aşağıdakı təyinatlar olub:
apellyasiya instansiyası məhkəmələri üzrə:
Ələddin Tofiq oğlu Məcidov Şəki Apellyasiya Məhkəməsi sədrinin müavini təyin edilib;
Samir Firdusi oğlu Həsənov Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri vəzifəsindən azad edilərək həmin məhkəmənin sədrinin müavini təyin edilib;
Zahid Tahir oğlu Məmmədov Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri təyin edilib;
Xəqani Hacı oğlu Səmədov Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri təyin edilib;
ağır cinayətlər məhkəmələri üzrə:
Hüseyn İnanc oğlu Hüseynli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilib;
Nigar Arzu qızı İmanova Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilib;
Babək Əkbər oğlu Pənahov Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilib;
hərbi məhkəmələr üzrə:
Fərman Məmməd oğlu Abbasov Tərtər Hərbi Məhkəməsinin hakimi və sədri təyin edilib;
inzibati məhkəmələr üzrə:
Rəşad Mövsüm oğlu Nuriyev Ağcabədi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şirvan İnzibati Məhkəməsinin hakimi təyin edilib;
kommersiya məhkəmələri üzrə:
İlkin Əli oğlu Əliyev Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Kommersiya Məhkəməsinin hakimi təyin edilib;
Fərid Eldar oğlu Hətəmzadə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Kommersiya Məhkəməsinin hakimi təyin edilib;
Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri üzrə:
İlham Sadət oğlu İbrahimov Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib;
Bakı şəhərinin rayon məhkəmələri üzrə:
Fuad Ələsgər oğlu Hüseynov Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi təyin edilib;
rayon (şəhər) məhkəmələri üzrə:
İlqar Vidayət oğlu Hüseynov İsmayıllı Rayon Məhkəməsinin sədri təyin edilib;
Emin İlham oğlu Məmmədli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Oğuz Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib;
Zaman Şakir oğlu İmanov Gəncə Şəhər Məhkəməsi sədrinin müavini təyin edilib.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.