Biləsuvarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyatlar keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Zeferinfo.az-a verilən məlumata görə, S.Abbasov, İ.Şirinov və N.Cəfərov saxlanılıb və onlardan ümumilikdə 6 kiloqram marixuana, heroin və metamfetamin aşkar olunub.
Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Ümumilikdə isə cari il ərzində Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 106 kiloqram narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.