Biləsuvarda məktəb direktoru işdən çıxarılıb

Biləsuvar rayonu Amankənd kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru Anar İmanov işdən çıxarılıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Zeferinfo.az-a verilən məlumata görə, Agentliyin direktoru Eşqi Bağırov bu barədə əmr imzalayıb.
Bildirilib ki, müraciət əsasında sözügedən məktəbdə araşdırma aparılıb. Araşdırma nəticəsində məktəbin direktoru Anar İmanovun əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini düzgün yerinə yetirmədiyi, təhsilverənlərin etik davranış qaydalarını, eyni zamanda mövcud təlimatların tələblərini pozduğu, bununla yanaşı, təhsil müəssisəsində təlim-tərbiyə prosesinin, əmək və icra intizamınin pozulduğu aşkar edilib.
Direktorla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilib.