Biləsuvarda ağır qəza - 3 nəfər yaralandı

Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.
Zeferinfo.az xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndinin ərazisində baş verib. "KİA" markalı minik avtomobili ilə "Ford Transit" markalı yük avtomobili toqquşub. Qəzada 3 nəfər xəsarət alıb. Xəsarət alanlar rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.
Faktla bağlı araşdırma aparılır.