​ “Bibiheybət yolu”nda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

​ “Bibiheybet yolu”nda neqliyyat vasitelerinin hereketi mehdudlasdirilacaq

25 dekabr saat saat 23:00-dan 26 dekabr saat 08:00-dək Bakı şəhəri, Səbail rayonu, “Bibiheybət yolu”nda (20-ci sahə istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti qısa müddətli məhdudlaşdırılacaq.

Zeferinfo.az  xəbər verir ki, sürücülər alternativ olaraq Gülbala Əliyev və Fərman Qurbanov küçələrindən istifadə edə bilərlər.

Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik.