Bəzi məhkəmələrə sədr və müavinlər təyin olunub - SİYAHI

Zeferinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Ali Məhkəməsi üzrə:
- Çingiz İsgəndər oğlu Əsgərov Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini;
- Hafiz Qənbər oğlu Nəsibov Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri;
- Xəqani Səyyad oğlu Məmmədov Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri;
- Kəmalə Nəbi qızı Abiyeva Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının sədri;
- Sənan Firudin oğlu Hacıyev Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri;
apellyasiya məhkəmələri üzrə:
- Elmar Eldar oğlu Rəhimov Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri;
- Rəşad Ziyaviddin oğlu Mamedov Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri;
- Şamil Qəhrəman oğlu Rzaquliyev Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri;
- Hökümə Çingiz qızı Babayeva Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri;
- Rövşən Rafiq oğlu Rəfiyev Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri;
- Elçin Şirin oğlu Hüseynov Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri;
- Tale Suliddin oğlu Kərimov Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri;
inzibati məhkəmələr üzrə:
- Araz Firidun oğlu Hüseynov Bakı İnzibati Məhkəməsinin sədri;
- Zəfər Arif oğlu Quliyev Gəncə İnzibati Məhkəməsinin sədri;
- İmran Ramazan oğlu Burcayev Sumqayıt İnzibati Məhkəməsinin sədri;
- Fehruz Novruz oğlu Abbasov Şirvan İnzibati Məhkəməsinin sədri;
kommersiya məhkəmələri üzrə:
- İlham Bayram oğlu Əhmədov Bakı Kommersiya Məhkəməsinin sədri;
- Rəşad Seylan oğlu Məmmədov Gəncə Kommersiya Məhkəməsinin sədri;
- Mübariz Rahil oğlu Hüseynov Şəki Kommersiya Məhkəməsinin sədri;
- Namidar Əlöysət oğlu Misirzadə Şirvan Kommersiya Məhkəməsinin sədri;
rayon (şəhər) məhkəmələri üzrə:
- Nemət Əlimusa oğlu Musayev Qazax Rayon Məhkəməsinin sədri;
- Rəşad Rafiq oğlu Mustafayev Sumqayıt Şəhər Məhkəməsinin sədri təyin edilib.
Qeyd edək ki, Sərəncam imzalandığı gündən qüvvəyə minir.