Beynəlxalq Tibbi Turizm Sərgisi və B2B görüşləri (healthtourismexpos) keçirilib

İyunun 29-30-da Qazaxıstanın Almatı şəhərində ALZ Qrupun təşkilatçılığı ilə Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının tərəfdaş olduğu Beynəlxalq Tibbi Turizm Sərgisi və B2B görüşlər (healthtourismexpos) keçirilib. Sərgidə Azərbaycan sağamlıq turizm sektorunu Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyası İdarə Heyəti təmsil edib. Azərbaycan tərəfdən eyni zamanda təşkilat üzvləri "Aydin Partners", "Palıd" şirkətlər qrupu və "OKİ Qusar hospital" da təmsil olunub.
Açılş mərasimində Türkiyə Respublikasının Almatı şəhərindəki baş konsulu Evren Müderris oğlu, ALZ Qrup İdarə Heyətinin sədri Cihad Alagöz, Almata şəhər akimatının turizm idarəsinin müavini Qaziz Tolobek, Türkiyə Respublikası Ticarət Nazirliyinin department direktor müavini Alperen Kaçar, DEİK Sağlamlıq İşi Şurasının sədri Dr. Mehmet Altuğ , Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev, Almatı şəhərinin Tibbi Turizm Assosiasiyasının sədri Raisa Nurjaubayeva və Qazaxıstan Sağlamlıq Turizm Assosiasiyasının sədri Kristina Kriveç açılış nitqi ilə çıxış ediblər.
"ALZ İnternational" tərəfindən təşkil edilən Almatı Beynəlxalq Sağlamlıq Turizmi Sərgisi Türkiyə Respublikası Ticarət Nazirliyinin “Dəstəklənən Beynəlxalq Tədbirlər”indən biridir və Türkiyə Palatalar və Birjalar Birliyi (TOBB) Beynəlxalq Sağlamlıq Turizmi Sektoru Məclisi, Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Səhiyyə Şurası və İxracatçılar Birliyi (İB) kimi təşkilatlar tərəfindən dəstəklənir.
Sərgidə iki gün ərzində (28-29 iyun) MDB ölkələrindən, eləcə də Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Azərbaycan, Rusiya, BƏƏ və Almaniyadan aparıcı müəssisələrin təmsilçiləri bir araya gələrək B2B görüşü reallaşdırıblar. İştirakçılar potensial biznes tərəfdaşlıqları qurmaq üçün sərgi iştirakçıları ilə görüşüb⁹ər. Bu tədbirin məqsədi bilikləri bölüşmək, regional təcrübəni inkişaf etdirmək, biznes şəbəkələri yaratmaq və tibbi turizm sahəsində dialoqu təşviq etməkdir.
Sərgidə B2B görüşü ilə yanaşı, MDB regionunda tibbi turizm sahəsində əməkdaşlığı gücləndirmək istəyən Qazaxıstan, Türkiyə, Azərbaycan, Türkmənistan, Gürcüstan, Koreya, Hindistan, Finlandiya və digər ölkələrin nümayəndələrinin iştirak etdiyi geniş ekspozisiya da yer alıb.
Azərbaycanın müalicəvi turizm mərkəzləri olan Naxçıvanda Duzdağ, Naftalanda, Şabranda və eləcə də Qarabağ və Şərqi Zəngəzurun turizm imkanları sərgi iştirakçılarına geniş formatda təqdim olunub.