Beyləqanda qəza - 4 nəfər xəsarət aldı

Beyleqanda qeza - 4 nefer xesaret aldi

Beyləqanda yol qəzası baş verib, xəsarət alanlar var.

Zeferinfo.az xəbər verir ki, hadisə rayonun Birinci Aşıqlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Qazel" markalı nəqliyyat vasitəsi "Khazar" markalı minik maşını ilə toqquşub. Nəticədə 4 nəfər xəsarət alıb.

Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.