Yanmasa nuru azalar, öləziyər, möhtəşəmliyi itər… Odlara qalanan köksü yaşatmaqdan məlhəm tapar. Yaxşı insanlar da belədir. Sərhədləri doğulduğu məkanla məhdudlaşmaz. Coğrafiya tanımaz, dünyası insanlıqla müəyyənləşər, Qaranlıqlara işıq salar. Belə ADAMLAR üçün zaman nisbi məna daşıyar. Çünki əməlləri qərinlərin, illərin yaddaşında yenidən doğulur. İnsanlıq taleyində iz qoyan kəşf, ixtira sahibləri, fatehlər, xaqanlar, qüdrətli sərkərdələr belə biçimdə olmaq istəyib. Alınmayıb. Çünki yaxşılıq fitrən verilir, alınmır və yox olmur.
Ona görə hər kəs istəsə də, istəməsə də YAXŞILARI etriraf etmək məcburiyyətində qalır. Özü də burada məkan, cəhətlər arxa plana keçir. O, Qərbli, Şərqli də ola bilər, Şimallı, Cənublu da. Belə adamlar nurdan, işıq selindən yoğrular ki, insanlığa xidmət etsin. Qısa bir haşiyə. Bir gün görkəmli alim Eynşteynə sual verirlər:
– Sən atomun bölünməsini kəşf etməsəydin Yaponiyada 350 mindən çox insan həyatına son qoyulmazdı, nüvə bəlasına tuş gəlməzdi. Niyə bu bəlanı dünyaya gətirdin?
Eynşteyn cavab verir ki:
– Mən bu kəşfi insanlara xidmət etmək üçün etdim. Əgər bilsəydim ki, başqa məqsəd üçün istifadə olunacaq, heç vaxt buna iqdam etməzdim.
Soruşurlar ki, bəs , onda məşğuliyyətin nə olardı?
– Pinəçi olardım, ayaqqabı tikərdim,- deyir
Bu etirafın özü də göstərir ki, zaman durduqca yaşayacayaq ixtiralar belə İNSANLIQ adlı kəşfin qarşısında acizdir.
Amacı özü olmayan insanlar məhz, bu keyfiyyətlə düşünər, yaşadar Bəli, dünya, həmin insaların çiynində qərar tutur. Onların doğum və ölüm tarixi nisbi mahiyyət daşıyır, ömürləri yaratdıqları, yaşatdıqları ilə sonsuzluğa ucalar.
Harda yaşamasından asılı olmayaraq onlar hər zaman yanımızdadır.. Şimala, Cənuba, Qərbə, Şərqə boylanada da sanki ONLARI görürsən. Belə adamlar həyatın mənasını təmənnasız xidmət, yaxşılıqda görürür. Şəqli- Qərbli adam – Cavanşir Feyziyevi də mən belə gördüm, belə tanıdım…Fəlsəfə doktoru, etnosiyasi münaqişələr üzrə bir neçə kitab, ictimai-siyasi, tarixi mövzuda yüzdən artıq məqalənin müəllifi, 2000-ci ildən millət vəkili kimi çoxsaylı titullarının önündə məhz Yaxşı Adam adı gəlir. 1963-cü ildə Nuxa (Şəki) rayonunun Böyük Dəhnə kəndində dünyaya göz açıb. Həyat yolu o qədər də rəvan olmayıb. Ancaq iradəsi ilə irəliləyib, istəklərinə İNSANLIĞA xidmət gözündə baxıb. Səmimiyyəti insanlar arasında körpü kimi görüb. Bacardığı qədər buna çalışıb. Şərq-Qərb təmsilçiliyinin leytmotivi də məhz bunda ümumiləşir. Əsərlərində yer alan məqmlar yaşantılarını aydın tərcümə edir.”Etno-siyasi münaqişələrin mənəvi aspektləri” mövzusvunda doktorluq dissertasiyasından tutmuş “Qafqazda etno-siyasi münaqişələr və onların dövlət müstəqilliyinə təsiri” adlı ingilis dilində çap olunan kitabı, 2008-ci ildə “Sülh fəlsəfəsi” adlı elmi-publisistik kitabı və 2013-cü ildə “Türk Dövlətləri Birliyi: qlobal inteqrasiyanın Avrasiya modeli” kitablarında sülh və təhlükəsizlik qırmızı xətlə keçir. Dünyaya səslənir ki, silahları susdurun, müharibələr, münaqişələr insan faciələrinə səbəb olur.
Ona görə birləşib YAXŞILIQLARA doğru getməliyik ,- deyir. Türk, qazax, qırğız, rus, boşnak və macar dillərinə tərcümə olunaraq nəşr edilmiş “Türk Dövlətləri Birliyi: qlobal inteqrasiyanın Avrasiya modeli” adlı kitabında da məhz həmrəyliyi təqdir və təşviq edir. Eyni məzmun Türk Dünyası adlı 5-cildlik toplumunda xüsusi yer alır.
O, həm də tərcüməçi kimi aktual mövzuları gündəmə daşıyır. Fransız yazşısı, Nobel mükafatı laureatı Patrik Modianonun “Məhəllədə azmamaq üçün“, həmçinin Jan Kristofer Rufenin “Böyük ürək“ ronmanını Azərbaycan dilinə tərcümə edib.Tərcümə etdiyi əsərlərin adından da görünür ki, Cavanşir müəllim hansı amal, hansı arzulara bələdçilik edir, hansı duyğularla yaşayır.
S.HÜSEYNOV