Bərdədə narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

Berdede narkotikin tesiri altinda avtomobil idare eden sexs saxlanilib
Bərdə rayonunda narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.

Zeferinfo.az-ın məlumatına görə, Bərdə Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "Mercedes" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü Zaur Yusifova "saxla" işarəsi verilib.

Araşdırma zamanı onun narkotikin təsiri altında avtomobil idarə etdiyi müəyyən olunub.

Z.Yusifov barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.