Bərbərxana, gözəllik və kosmetoloji xidmətlər üzrə də ƏDV-ni geri almaq mümkün olacaq

Berberxana, gozellik ve kosmetoloji xidmetler uzre de EDV-ni geri almaq mumkun olacaq

Bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə görə “ƏDV geri al”maq mümkün olacaq.

Zeferinfo.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikası ərazisində bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.