Bələdiyyələr hesabat verəcək
İcra hakimiyyətlərinin bələdiyyələrlə bağlı məruzəsi parlamentə təqdim olunub.
Zeferinfo.az-ın məlumatına görə, sənəd Milli Məclisin Regional məsələlər komitəsinin fevralın 9-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, bələdiyyələr qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Özünü idarəetmə orqanı kimi bələdiyyələr əvvəlki il üzrə görülmüş işlər haqqında, o cümlədən bələdiyyə mülkiyyətinin istifadəsi haqqında seçicilərinə hesabat verir.