Bələdiyyə seçkilərində "exit poll" keçirilməyəcək
Bələdiyyə seçkilərində "exit poll"un keçirilməyəcəyi müəyyənləşib. .
Bununla bağlı Zeferinfo.az-ın sorğusuna cavab olaraq, Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.
Qeyd edilib ki, "exit poll" keçirmək istəyən təşkilatların akkreditasiyası ilə bağlı ayrılan vaxt müddəti "Təqvim planı"na uyğun olaraq yanvarın 9-da başa çatıb. Bu müddət ərzində hansısa təşkilatın müraciəti qeydə alınmayıb.
Xatırladaq ki, Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin olunub.