Belçikanın yeni konsulu Azərbaycana gəldi

Belçika Krallığının Azərbaycandakı yeni səfirinin müavini və konsul Sara Van Buggenhout Bakıya gəlib.
Zeferinfo.az xəbər xəbər verir ki, bu barədə Belçika Krallığının Azərbaycandakı səfirliyinin "X" hesabında paylaşım edilib.
"Dünən biz Səfirliyimizdə növbəti dörd il ərzində Nümayəndəlik Rəhbərinin Yeni Müavini və Konsul vəzifəsində çalışacaq Sara Van Buggenhoutu qarşıladıq. Öz sözləri ilə desək: “Mən diplomatik karyeramda bu növbəti mərhələyə başlamaq və bu valehedici regionu tanıyıb öyrənməyi səbrsizliklə gözləyirəm”. Biz Sara ilə birlikdə işləməyi səbrsizliklə gözləyərək, ona Bakıdakı fəaliyyətində uğur arzulayırıq",- paylaşımda deyilir