Nazirliyin mətbuat xidmətindən Zeferinfo.az-a bildirilib ki, görüşdə vurğulanıb ki, ölkələrimiz arasında uğurlu tərəfdaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir.
Qeyd olunub ki, bu ilin iyulunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BƏƏ-yə işgüzar səfəri çərçivəsində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” ticarətin asanlaşdırılmasında, iqtisadi əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayacaq.
Tərəflər həyata keçirilən birgə layihələr, energetika üzrə tərəfdaşlıq, qarşılıqlı sərmayə qoyuluşu və əməkdaşlığın inkişaf perspektivləri haqqında müzakirələr aparıblar.