Bayramov: Tbilisidə XİN nümayəndələrinin görüşü regionda yeni reallıqların təsdiqidir

Cənubi Qafqaz ölkəsinin nazirlərinin müavinlərinin Tbiisidə görüşü regionda yeni reallıqların təsdiqidir.
Zeferinfo.az-ın məlumatına görə, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov sloveniyalı həmkarı Tanya Fayon ilə birgə mətbuat konfransında deyib.
C.Bayramov xatırladıb ki, ümumiyyətlə, 30 illik işğalın sona çatması Cənubi Qafqaz regionunda yeni proseslərin başlanğıcını qoyub, qarşılıqlı fəaliyyət üçün yeni imkanlar yaranıb.
"Sloveniyanın xarici işlər naziri ilə Bakıda bu gün keçirdiyimiz görüşlə paralel olaraq, hazırda Tbilisidə Cənubi Qafqazın üç ölkəsinin nazirlərinin müavinlərinin görüşü keçirilir. Bu, regionda yeni sülh reallığının yarandığını göstərir", - C.Bayramov bildirib.