Heydər Əliyevin yaratdığı Konstitusiya müasir Azərbaycanın inkişaf bünövrəsidir – Tənzilə Rüstəmxanlı yazır

Heyder Eliyevin yaratdigi Konstitusiya muasir Azerbaycanin inkisaf bunovresidir – Tenzile Rustemxanli yazir

Azərbaycan Respublikasının Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və gərgin əməyi sayəsində hazırlanmış Konstitusiyası çoxəsrlik dövlətçilik ənənələrimizə və qabaqcıl dünya təcrübəsinə əsaslanır. Mövcud konstitutsiyamız milli və ümumbəşəri dəyərləri də özündə əks etdirərək ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğuna, ictimai-siyasi, iqtisadi və mədəni həyatın inkişafına güclü təkan vermişdir.

media-d4fba850_6132_4cb3_b6f4_35a74d979e54_1761911289

Konstitusiyamızda ali hakimiyyətin xalqa məxsus olduğu qəti şəkildə bəyan edilir ki, bu da ölkəmizin demokratik inkişaf xəttinə üstünlük verməsinin ən bariz göstəricisidir.

Konstitusiyada Azərbaycanın ümummilli mənafeləri ilə bağlı bütün məsələlərin yalnız xalqın iradəsi əsasında həll olunmasının mümkünlüyünü təsbit edilmişdir. Yəni bu Ali Qanun, Ana Yasa ölkə vətəndaşlarına əmək, istirahət, tətil, sosial təminat, təhlükəsiz yaşamaq, əmlak toxunulmazlığı, təhsil, fikir, söz və vicdan azadlığı, sərbəst toplaşmaq azadlığı verir… insanlara cəmiyyətin və dövlətin siyasi həyatında, dövlətin idarə olunmasında iştirak etmək imkanı yaradır.

Hər bir Konstitusiyanın işləkliyini, Əsas Qanun kimi cəmiyyət həyatının müxtəlif sferalarına nüfuz etməsini şərtləndirən ən mühüm amillərdən biri onun dövrün bütün çağırışlarını nəzərə alınmasıdır. Bu baxımdan, 2002, 2009 və 2016-cı illərdə keçirilmiş referendumlar nəticəsində Konstitusiyanın bir sıra maddələrində mühüm dəyişikliklər edilmişdir.

Bu dəyişikliklər dövlət institutlarının fəaliyyətinin daha səmərəli təşkilinə, vətəndaşların idarəetmədə iştirak imkanlarının genişləndirilməsinə və hüquqi islahatların dərinləşdirilməsinə yönəlmişdir. Eyni zamanda, dövlət suverenliyinin gücləndirilməsi, müasir çağırışlara çevik cavab verə biləcək idarəetmə modelinin qurulması baxımından bu dəyişikliklər mühüm əhəmiyyət kəsb etmişdir.

Dövlət başçısı, cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasi kurs sayəsində dövlətçilik ənənələrimiz möhkəmlənmiş, hüquqi sabitlik və idarəetmə dayanıqlılığı təmin edilmişdir.

Bütün bu hüquqi və siyasi təməl, Azərbaycanın suveren hüquqlarını qorumağa və xüsusilə də 44 günlük Vətən müharibəsi zamanı öz ərazi bütövlüyünü təmin etmək üçün qətiyyətli addımlar atmağa imkan yaratmışdır.

Konstitusiyamızın preambulasında başlıca niyyət kimi qeyd edilmiş – Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması niyyətinin son illərdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin Liderliyi, ordumuzun gücü ilə tam reallaşdırılması Əsas Qanunumuzun 30 yaşına ən qiymətli tarixi töhfə olmuşdur.

Türklərin, o cümlədən azərbaycanlıların Qanun yaratmaq, Qanunla yaşamaq ənənələri çox qadimdir. Bu qanulara Törə deyilirdi. Törə yığcam şəkildə həyatın bütün sahələrini əhatə edirdi. Törəni pozmaq olmazdı. Topıum bütövlüklə törəyə böyük hörmətlə yanaşırdı.

Qanuna hörmət ənənəsi yenə də yaşamalıdır. Qanunlar və Konstitutiyamız ilk növbədə dövlət idarələri və məmurlar tərəfindən qorunmalıdır.

Konstitutsiya bayramı xalqın istedadının, yaradıcılıq və dövlət quruculuğu bacarığının bayramıdır…

Back To Top