Bakıda marketlərdən oğurluq edənlər saxlanıldı

Paytaxtın Xəzər rayonunda talama cinayətləri qeydə alınıb.
Daxili İşlər Nazirliyindən Zeferinfo.az-a verilən xəbərə görə, Türkan qəsəbəsində müxtəlif vaxtlarda iki marketdən 75 manat və ödəmə terminalı oğurlanıb.
Bu barədə zərərçəkən şəxslər polisə məlumat verib.
Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən 29 yaşlı A.Əliyev saxlanılıb.
Bundan başqa, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə marketdən 1200 manat dəyərində lotereya biletləri oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı R.Piriyev də tutulub.
Faktlarla bağlı araşdırmalar aparılır.