Azərbaycanlı səfiri rahat buraxmayan britaniyalı tibb bacılarının FOTOLARI

Azerbaycanli sefiri rahat buraxmayan britaniyali tibb bacilarinin FOTOLARI
 
Vaxtilə Böyük Britaniya, Norveç və İsveçdə Azərbaycanın səfiri çalışan R.İbrahimov artıq ilyarımdır xoşagəlməz durumla üz-üzədir. Belə ki, həmyerlimiz 2023-cü il dekabrın 5-də müalicə almaq məqsədilə “Delamere Health” klinikasına müraciət edib. Tibb müəssisəsini tərk etdikdən sonra R.İbrahimovun özünü “aqressiv” aparması və 3 tibb bacısına qarşı “cinsi təcavüz” göstərməsi iddia olunub.
Həmin tibb bacıları - Cesika Bruks, Keyt Bizel və Melani Kregilin peşəkarlığı və ixtisasları Care Quality Commission (CQC) tərəfindən yoxlanılıb.
CQC-nin hazırladığı hesabatda bildirilir ki, Cesika Bruks heç vaxt reabilitasiya klinikasında işləməyib. Onun təcrübəsi kriminologiya, probasiya xidmətləri və məişət zorakılığı qurbanlarına yardım sahələrində olub.
Baş tibb bacısı vəzifəsini yetirən Keyt Bizel bu sahədə çox illik təcrübəsi olmasına baxmayaraq, ümumiləşdirilmiş fiziki narahatlıq və psixi sağlamlıq problemləri yaşayıb. O, “Allergic Foodie” adlı şəxsi biznesini idarə etdiyindən üstəlik əlavə stress və iş yükü ilə üzləşib.
Digər xanım əməkdaş Melani  Kregil isə qeyri-müəyyən peşəkar məlumatlara malikdir. Bəzi klinik bacarıqlarda təlim keçmiş olsa da, onun ixtisaslı tibb bacısı olduğuna dair sübut yoxdur.
Bundan başqa, “Delamere Health” klinikasının rəhbəri Mike Delaney barədə də birmənalı rəy verilməyib. Onun başçılıq etdiyi kollektiv cinsi azlıqların təşkilatı olan LGTB-yə yaxınlığı ilə tanınır. “Delamere Health”ın əməkdaşları sosial media səhifələrində və gündəlik həyat tərzində LGTB təbliğinə yönələn addımlar atır, bu təşkilata xüsusi rəğbət göstərirlər.
Klinika əməkdaşlarının qarayaxma kampaniyasından bezən Rafael İbrahimov işgüzar nüfuz və imicinə xələl gətirildiyinə görə Böyük Britaniyada məhkəməyə müraciət edib. Britaniya Tribunal Məhkəməsi (HM Courts and Trubunals) bu il mayın 20-də azərbaycanlı diplomatın xeyrinə qərar çıxarıb.
Araşdırmalar nəticəsində hadisələrin mərkəzində yer alan tibb bacılarının fotolarını əldə etmişik.
Uzun illər Azərbaycan dövlətini səfir kimi uğurla təmsil edən bir şəxsin LGTB fəalları olan bu xanımlara qarşı “cinsi zorakılıq” etməsi yumşaq desək, ağlasığmaz görünür. Bəlkə R.İbrahimovun ailəsinin dediyi kimi, klinikanın əməkdaşlarının məqsədi şantaj yolu ilə qarşı tərəfdən pul qoparmaqdır.
Hər bir halda, Rafael İbrahimovun britaniyalı xanımlara qarşı "cinsi təcavüzü” barədə hekayənin necə başa çatacağı maraq doğurur.
Sonda fotoları təqdim edirik.




Cessika Bruks



Melani Kreghil



Keyt Bizel



“Delamere Health” klinikasının tibb bacıları








Rafael İbrahimovun fotoları






Vaqif Hüseynli: Demokrat.az