5 ildə Kürdəmirdə ASANlaşan 608 000 müraciət

5 ilde Kurdemirde ASANlasan 608 000 muraciet

​Kürdəmir “ASAN Həyat” kompleksinin açılışı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə  12 fevral 2020-ci il tarixində baş tutub.
      
Kompleksin ərazisində “ASAN xidmət” mərkəzi, uşaq meydançası, fəvvarə və oturacaqlar, istirahət meydançası, avtodayanacaq, çay evi və kafelər, restoran və “ABAD Food Hall” yaradılıb.
​Kürdəmir  regional “ASAN xidmət” mərkəzi Kürdəmir, Hacıqabul, Ağsu, Göyçay, Ucar və Zərdab rayonlarında qeydiyyatda olan 540 000 çox vətəndaşla yanaşı ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərir.
 
​Mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsiplərinə və vətəndaş rahatlığına hesablanıb. Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 400-ə yaxın xidmət həyata keçirilir.

​Fəaliyyət göstərdiyi müddət ərzində mərkəzə 608 minə yaxın vətəndaş müraciəti qeydə alınıb. Gündəlik orta müraciət sayı 600-ə yaxındır.

​Mərkəzin fəaliyyət göstərdiyi müddət ərzində 300 nəfər könüllü məzun adını qazanıb.