(başlıqsız)
Prokurorluq əməkdaşlarının 10 faizi qadınlardır.
Zeferinfo.az xəbər verir ki, bunu bu gün Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarında qulluğa yeni qəbul edilən gənc hüquqşünasların andiçmə mərasimində deyib.
"Prokurorluq orqanlarında işləyən 111 nəfər qadın əməkdaşın 52-si (46,8 faiz) 2002-2019-cu illər ərzində keçirilmiş 20 müsabiqə nəticəsində, 59-u (53,2 faiz) isə 2020-2024-cü ilərdə keçirilmiş 6 müsabiqənin nəticəsində işə qəbul edilib.
Ümumiyyətlə, müsabiqə yolu ilə işə qəbul edilmiş şəxslərin 9,9 faizini qadın işçilər təşkil edir. 2022-2019-cu illərdə 5,3 faiz olub, 2020-2024-cü illərdə isə bu göstərici 4,6 faiz olub", - o bildirib.
Onun sözlərinə görə, müsabiqə yolu ilə işə qəbul edilməklə, hazırda rəhbər vəzifədə işləyən 11 qadın işçidən Baş Prokurorluqda 1 idarə rəisi, 5 idarə rəisinin müavini, həmçinin 4 rayon prokuroru və 1 rayon prokurorunun müavini vəzifəsində işləyir.