Baş prokurorun müavini: Korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlıq vacibdir 

Bas prokurorun muavini: Korrupsiyaya qarsi mubarizede beynelxalq emekdasliq vacibdir 
Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) Korrupsiyaya qarşı Mübarizə üzrə Qlobal Əməliyyatlar Şəbəkəsinin (GlobE Network) Altıncı Plenar İclası başa çatıb.

Zeferinfo.az xəbər verir ki, tədbirdə Baş prokurorun müavini, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov çıxış edib.

O, GlobE Şəbəkəsinin korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün əhəmiyyətli bir platforma olduğunu vurğulayıb.

N.Rəcəbov bildirib ki, GlobE Şəbəkəsi korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlıq baxımından vacibdir və bu tədbirlər dövlətlər arasında təcrübə mübadiləsini, eyni zamanda etimadın gücləndirilməsini təmin edir.

Qeyd edək ki, iclasda 100-dən çox çıxış dinlənilib və 20-dən çox panel müzakirə keçirilib, 92 ölkədən 120-dən çox dövlət qurumunun nümayəndələri iştirak edib.

Tədbirin yüksək səviyyədə təşkilinə görə UNODC Katibliyinə və yerli təşkilat komitəsinə təşəkkür edən N.Rəcəbov Azərbaycanın korrupsiyaya qarşı qlobal mübarizəyə töhfəsini davam etdirəcəyini bildirib.