Baş nazir: Ermənistanda Rusiya qoşunlarının mövcudluğundan imtina etmək niyyətində deyilik

Zeferinfo.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan Praqada "GLOBSEC 2025" forumunda səsləndirib.
"Regionda bizim vəziyyət mürəkkəbdir. Ermənistanda Rusiya qoşunlarının mövcudluğunu qeyd etdiniz. Lakin mən qeyd etmək istərdim ki, Ermənistanda həmçinin Aİ-nin monitorinq missiyası da var. Keçən il biz Rusiya qoşunlarının mövcudluq səviyyəsini azaltdıq, lakin digər tərəfdən, hazırda Ermənistanda Rusiya qoşunlarının mövcudluğunu dayandırmaq kimi bir vəzifəmiz yoxdur. Bizim başqa bir vəzifəmiz var - region ölkələri ilə möhkəm və sabit sülh yaratmağı bacarmaq", - deyə N.Paşinyan bildirib.
O, həmçinin qeyd edib ki, Ermənistan Rusiya ilə münasibətləri pozmaq vəzifəsini qarşısına qoymur:
"Hazırda Avropa İttifaqı ilə çox sıx əməkdaşlığımız var. Lakin digər tərəfdən, Rusiya ilə münasibətləri pozmaq kimi bir vəzifəmiz yoxdur, çünki xarici siyasətimiz tarazlaşdırılmışdır".