Bakının Yasamal rayonunun bəzi ərazilərində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq

Bakinin Yasamal rayonunun bezi erazilerinde avtomobille hereket tam mehdudlasdirilacaq

Bakıda aparılacaq təmir işləri ilə əlaqədar olaraq, sabah saat 08:00-dan sentyabrın 21-i saat 22:00-a qədər paytaxtın Yasamal rayonunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.

Zeferinfo.az  bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, söhbət Cəfər Cabbarlı küçəsində – A.A.Bakıxanov küçəsindən B.Bağırova küçəsinə qədər olan hissədən, eləcə də Xarici Dairəvi avtomobil yolunun yan yolunda – Məhəmməd Xiyabani küçəsindən Moskva prospektinə qədər olan hissədən gedir.

"Sürücülərdən və vətəndaşlardan göstərilən tarix və saatlarda qeyd olunan yol sahələrindən istifadə etməmələri və hərəkətlərini alternativ marşrutlar üzrə planlaşdırmaları xahiş olunur", - deyə məlumatda qeyd olunub.