Bakının pərakəndə ticarətdə ən çox gəlir əldə edən rayonları - SİYAHI

2025-ci ilin yanvar-iyun aylarında Bakı şəhərində pərakəndə ticarət dövriyyəsinin həcmi 2024-cü ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 4,4 faiz artaraq 17 milyard 394,8 milyon manat olub.
Bu barədə Zeferinfo.az-a Bakı Şəhər Statistika İdarəsindən bildirilib.
Məlumata görə, cari ilin I yarımilində ən yüksək pərakəndə ticarət dövriyyəsi Nəsimi rayonunda qeydə alınıb. Bu dövrdə Nəsimidə 2 milyard 794.1 milyon manatlıq məhsul satılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.7% çoxdur.
Bu siyahıda ikinci yerdə Nizami rayonu gəlir. Belə ki, Nizamidə pərakəndə ticarət dövriyyəsi 1 milyard 995.2 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.4% çoxdur.
Üçüncü yerdə isə Xətai rayonu dayanır. Cari ilin yanvar-iyul aylarında Xətai rayonunda pərakəndə ticarət dövriyyəsinin həcmi 1 milyard 929.7 milyon manat olub ki, bu da 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 4.9% çoxdur.
Pərakəndə ticarət dövriyyələrinin ən yüksək artım faizi Pirallahı (161% artım) və Nəsimi ( 10.7% artım) rayonlarında, azalma faizi isə Sabunçu ( 0.1% azalma) rayonunda qeydə alınıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2024-cü ilin müvafiq dövrünə nisbətən 1,1 faiz azalaraq 9 milyard 609,4 milyon manata, qeyri-ərzaq mallarının həcmi isə 11,9 faiz artaraq 7 milyard 785,4 milyon manata bərabər olub.
Aşağıdakı cədvəldə hesabat dövründə Bakı şəhərinin rayonları üzrə pərakəndə ticarət dövriyyələrinin həcmi və ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb azalma faizləri verilib./apa
Bakının rayonları | Ticarət dövriyyəsi, min manatla | Əvvəlki dövrlə müqayisədə (Faizlə) |
Nəsimi | 2794109,5 | 10,7% artıb |
Nizami | 1995184,7 | 3,4% artıb |
Xətai | 1929695 | 4,9% artıb |
Qaradağ | 1849457,3 | 3,2% artıb |
Nərimanov | 1780412,3 | 6,9% artıb |
Sabunçu | 1728217,1 | 0,1% azalıb |
Yasamal | 1439242,1 | 2,4% artıb |
Səbail | 1357370,2 | 2% artıb |
Binəqədi | 1323946,9 | 2,1% artıb |
Suraxanı | 708248,6 | 0,1% artıb |
Xəzər | 466939,5 | 9,3% artıb |
Pirallahı | 21956,1 | 161% artıb |