Bakını zəhərləyən qara tüstünün MƏNBƏYİNİ TAPDIQ - Dəhşətli görüntülər (VİDEO)

Bakini zeherleyen qara tustunun MENBEYINI TAPDIQ - Dehsetli goruntuler (VIDEO)

Bir həftə öncə Bakı səmasını bürüyən qara tüstünün ekologiyanın neçə məhv etdiyi və hava çirkliliyini artırdığı ilə bağlı video paylaşdıq. Göy üzünü bürüyən zəhərli tüstü sözün əsl mənasında son vaxtların bəlkə də ən böyük "mənzərəsi" oldu.

Sitat.info olaraq bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verdik. Bildirildi ki, həmin ərazini qısa zamanda müəyyənləşdirəcəklər. 

 4-5 gün keçsə də, həmin ərazini tapıb müəyyələşdirmək mümkün olmadı. Videonu biz lentə aldığımıza görə, nazirlik nümayəndələri ərazini müəyyənləşdirmək üçün kömək istədilər. Media nümayəndəsi olaraq bizim işimiz problemi işıqlandırmaq və məsələni ictimailəşdirmək olsa da, məsələ ekologiya olduğu üçün vətəndaşlıq borcumuzu yerinə yetirməyə çalışdıq, Ekologiya Nazirliyinin əməkdaşları ilə birlikdə zibillərin yandırıldığı ərazini axtarmağa başladıq. 

Qaldı, Baku Steel Company şirkətinin Bakıya səmasına buraxdığı zəhərli tüstü... Bu barədə paylaşdığımız videoya gələn şərhlərdə Baku Steel Company-nin olduğu ərazidə yaşayan sakinlər, oradakı ictimai-iaşə obyektlərinin işçiləri imdad diləyirlər. Onlar artıq zəhərli tüstüdən xəstəliklərə tutulduqlarını, vəziyyətin dözülməz olduğunu bildirirlər. Hətta Dərnəgül prospektindən avtomobillə keçərkən də, bu tüstünü müşahidə etmək və havada zəhərli qoxunu hiss etmək olur.

 2 saata yaxın birgə axtarışdan sonra vaxtaşırı tərkibi kimyəvi maddələr olan zibillərin yandırıldığı və paytaxtın ekoloji durumuna zərbə vuran həmin ünvanı tapdıq.

Videodan gördüyünüz qara tüstü  burulğanının yayıldığı yer Xəzər rayonu, Türkan qəsəbəsinin ərazisindədir. Açıq torpaq sahəsində böyük bir ərazini zibilxanaya çeviriblər. Zibilxanada plastik su butulkasından tutmuş komputer avadanlıqlıqlarına qədər hər çeşiddə  tullantıların məskəninə çevrilib. 

Dəhşətli mənzərə idi. Tərkibinndə kimyəvi maddələr olan katriclər, yarasız printerlər yandırlıbmış. Həmin zəhərli qara tüstünün də səbəbi bu imiş...

Ekologiya Nazirliyi ilə məkanı təsbit etdikdən sonra, əraziyə Xəzər RİH nümayəndələri də çağırıldı. İcra nümayəndələri bu ərazini zibilxanaya çevirənlərin kimliyi barədə məlumatsız olduqlarını bildirdilər. Məlum oldu ki, əvvəllər də buraya tullantı daşınıb. Ekologiya Nazirliyi tərəfindən  icra nümayəndələri qarşısında ərazinin bu həftə ərzində tullantıdan təmizlənməsi barədə tələb qoyuldu. Əgər bu baş verməzsə, qurumun rəsmi qaydada cərimələnəcəyi ilə bağlı xəbərdarlıq edildi.

Digər bir məsələ əraziyə zibil daşınmasının qarşısının alınması və bu təbiəti məhv edənlərin kimlinin müəyyənləşdirilməsidir ki, burada da artıq  söz hüquq-mühafizə orqanlarınındır. 

Beləcə, jurnalist fəaliyyətimiz və vətəndaşlıq mövqeyimiz nəticəsində Bakının ekoloji problemlərindən biri həllini tapmış oldu. Ancaq bu kifayət deyil, əraziyə 1 həftə sonra təkrar baxış keçirib nəticələrini oxucularımızla paylaşacağıq. Dövlət qurumları bu həftə ərzində gecikmiş də olsa, vəzifələrinin öhdəsindən gəlməyə çalışacaqlar.

Problemi işıqlandırmaqla yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də məlumat vermişik və bizi araşdırılacağı bildiribklər. Məsələni gündəmdə saxlamaqla bu problemin də həllinə nail olmağa çalışacağıq. 

 Məğrur Salmanov: Sitat.info