Bakıda “Uzakrota”nın 15 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

Bakida “Uzakrota”nin 15 illik yubileyine hesr olunmus tedbir kecirildi

Aprel ayının 22-də Shirvanshah Hotel Restaurant-da Uzakrotanın 15 illik yubiley tədbirləri çərçivədində Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri və mediya nümayəndələri üçün səhər yeməyi təşkil olunmuşdur.
Uzakrota Səyahət Zirvəsi onlayn turizm agentlikləri, hava yolları şirkətləri, otellər, səyahət agentlikləri, səyahət texnologiyası startapları, qonaqpərvərlik investorları, vençur kapitalistləri, texnoloji şirkətlər və distribütor texnologiya şirkətləri üçün ən böyük toplantı və b2b platformalarından  biridir. Uzakrota Travel Summit ən böyük şirkətləri dünyanın ən parlaq zehin mərkəzləri və səyahət sənayesinin peşəkarlarını birləşdirir. Hər il qlobal olaraq, dünyanın fərqli ölkələrində bu qəbildən tədbirlər təşkil edir. Azərbaycanda da artıq 3 möhtəşəm tədbir həyata keçirilmişdir. Gələn il isə daha geniş coğrafiyadan olan turizmçiləri Bakıda bir araya gətirməyi planlayır. Bu səpgidə tədbirərin həyata keçirilməsi Azərbaycanı yeni turizm destinasiyası kimi sərgiləməyə imkan yaradır. Bu isə gələcəkdə turizm axınının güclənməsi öz töhvəsini verə biləcək adımlardan biri kimi dəyərləndirilməlidir. 

Tədbirdə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasıyasının sədri Ruslan Quliyev, Türk Hava Yolları Bakü Ofis Müdürü Hamid Eldeleklioğlu, ATMU dekanı Bahadur Bilalov çıxıs edərək Uzakrotaya uğurlar arzulamış və Türkiyə-Azərbaycan turizm tandemi olaraq, hər iki ölkənindünya turizm pastasından daha çox pay  alması üçün birgə fəaliyyətlə səyləri artırmağın vacibliyini vurğulamışlar. Eləcə də Uzakrota CEO-su Gokhan Erdogan Tansel yigiter genel mudur,Omer Gundogdu genel mudur yardimcisi çıxıs edərək,  uzakrotanın yaxın və uzak hədəfləri, qarşıda duran vəzifə və planları haqqında geniş məlumat vermişlər   
Tədbirin sonunda ikitərəfli görüşlər keçirilmiş və turizm ailə fotosu çəkilmişdir.