Bakıda TDT sənaye, elm, texnologiya və innovasiyalar nazirlərinin II iclası keçirilir

Bakida TDT senaye, elm, texnologiya ve innovasiyalar nazirlerinin II iclasi kecirilir

Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) üzv dövlətlərinin sənaye, elm, texnologiya və innovasiyalar nazirlərinin ikinci iclası keçirilir.

Zeferinfo.az xəbər verir ki, tədbirdə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov, TDT baş katibi Kumanıçbek Ömüraliyev, Qırğızıstan Respublikasının İqtisadiyyat və Ticarət naziri Bakıt Sıdıkov, Türkiyənin Sənaye və Texnologiyalar naziri Mehmet Fatih Kacır və başr rəsmi nümayəndələr iştirak edirlər.

Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) üzv dövlətlərinin sənaye, elm, texnologiya və innovasiyalar nazirlərinin II iclasının gedişində bildirib ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrlik etdiyi dövrdə TDT-nin mühüm nəticələrə nail olacağına əminəm.

"Bu ayın əvvəlində Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının 12-ci sammiti keçirilib və Azərbaycan növbəti il üçün Təşkilata sədrliyi qəbul edib. Əminik ki, sədrliyimiz dövründə əməkdaşlığın daha da möhkəmləndirilməsi sayəsində mühüm nəticələr əldə olunacaq", - deyə o bildirib.

Nazir qeyd edib ki, qəbul edilmiş Qəbələ Bəyannaməsində dayanıqlı və rəqəmsal texnologiyaların inkişafı, eləcə də innovasiyaların iştirakçı ölkələrin sənaye strategiyalarına inteqrasiyası məsələlərinə xüsusi diqqət yetirilib.

"Bu, türk dövlətlərinin iqtisadi inkişafının innovativ əsasını gücləndirmək baxımından mühüm addımdır", - deyə o əlavə edib.