Bakıda TDT-nin media və informasiya üzrə məsul nazirlərinin 7-ci toplantısı keçirilir
Zeferinfo.az xəbər verir ki, iclas iştirakçıları Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı yanaşmalarını bölüşəcək, üzv dövlətlər arasında birgə layihələrin təşkili, informasiya resurslarının qarşılıqlı istifadəsinin təşviqi, media nümayəndələri arasında peşəkar əlaqələrin dərinləşdirilməsi və müasir media texnologiyaları üzrə təcrübə mübadiləsinin artırılması ətrafında müzakirələr aparacaqlar.
Toplantı çərçivəsində üzv dövlətlərin qarşıdakı dövr üçün prioritet fəaliyyət istiqamətləri nəzərdən keçiriləcək, Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 8-ci toplantısının və Media və informasiya üzrə işçi qrupunun 13-cü iclasının harada keçiriləcəyi ilə bağlı qərar qəvul ediləcək.
İclasında sonunda isə Kommunike qəbul edilməsi gözlənilir.