Zeferinfo.az-ın məlumatina görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin səfrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunaraq Ruslan Məmmədova 5 il azadllıqdan məhrum edilməklə 1 il sınaq müddətinə şərti cəza, Emin Əliyevə 5 il azadlıqdan məhrum edilməklə 1 il sınaq müddətinə şərti cəza, Rahid Hadıyevə 5 il 6 ay azadlıqdan məhrum edilməklə 2 il sınaq müddətinə sərti cəza, Fazil Əliyevə isə 5 il 6 ay azadlıqdan məhrum edilməklə 1 il sinaq müddətinə şərti cəza verilib.
Xatırladaq ki,ötən prosesdə prokuror Ruslan Məmmədovun 6 il,6 ay, Emin Əliyevin 6 il,6 ay, Rahid Hadıyevin 7 il, 6 ay, Fazil Əliyevin 7 il, 6 ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş etmişdi.
Qeyd edək ki, hadisə 2024-cü ilin oktyabrında Bakıda baş verib.Ruslan Məmmədov tamah niyyəti və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışları Əliyev Emin, Hadıyev Rahid, Əliyev Fazil, şəxsiyyəti istintaqla araşdırılan "Telegram" sosial şəbəkəsində "Victor Sergo", "Beneficiary" və "B" adı ilə qeydiyyatdan keçmiş şəxs və ya şəxslərlə, eləcə də özünü Darina Nikolayevna kimi təqdim edən şəxs və istintaqa məlum olmayan qeyriləri ilə cinayət əlaqəsinə girməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 2024-cü ilin 11oktyabrında Bakı şəhər sakini Zəminə Quliyevanın mobil telefon nömrələri vasitəsi ilə bir neçə dəfə əlaqə saxlayıblar.Onlar onun qızı Roida Rzayevanın guya ağır yol- nəqliyyat hadisəsi törədərək idarə etdiyi avtomobillə vurduğu piyadanın və özünün ağır bədən xəsarətləri alması, həmin fakt üzrə araşdırmanın Darina Nikolayevna tərəfindən aparılması, xəsarət almış piyadanın təcili cərrahi əməliyyatı üçün 15 000 manat lazım olduğundan Roida Rzayevaya məxsus içərisində 90 000 manat, 5 000 ABŞ dolları, 1 000 avro nağd pul vəsaiti, ümumi dəyəri 6 000 manat təşkil edən 8 ədəd beş qramlıq, 1 ədəd on qramlıq qızıl sikkə olan dəmir seyfi istəməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar veriblər.Onlar guya həmin dəmir seyfin və kənarda olan nağd pul vəsaitlərinin qızı R. Rzayevaya təcili çatdırılacağı adı ilə yalan vəd verib aldatmaqla, Z. Rzayevaya məxsus 1600 manat və 800 ABŞ dollarını əvvəlcədən danışılmış taksi vasitəsilə götürərək ələ keçirmiş, Z. Rzayeva və R. Rzayevaya külli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişlər. Faktla bağlı CM-nin 178.3.2. (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə— beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) maddəsi ilə cinayət işi başlanıb, sözügedən şəxslər cinayət məsuliyyətinə cəlb olunublar.İstintaq araşdırmaları ilə məlum olub ki,təqsirləndirilənlər həyata keçirdikləri dələduzluq əməlində səslərin uyğunlaşdırılmasında "süni intelekt"dən istifadə ediblər.Onu da qeyd edək ki,cinayət torədilərkən zərərçəkmişlərə dəyən zərər məhkəmə istintaqı zamanı ödənildilyindən bu onlar barədə hökm çıxarılarkən yüngülləşdirici hal kimi nəzərə alınıb.