Bakıda “Sənaye Təhlükəsizliyi Zirvəsi” keçiriləcək
Dekabrın 14-də Bakıda “Sıfıra doğru” şüarı altında “Sənaye Təhlükəsizliyi Zirvəsi” adlı tədbir keçiriləcək.
Bu barədə Zeferinfo.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, tədbir FHN-in Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu tərəfindən “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyi ilə birgə təşkil olunacaq.
Bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd sənaye və əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi ilə mübarizə, eləcə də iş yerlərində təhlükəsizlik məsələləri ilə bağlı dünyada tətbiq olunan yeniliklərin, bu sahədə tətbiq edilən müasir innovasiyaların və qabaqcıl təcrübələrin müzakirəsidir.
Zirvədə 15-dək spiker və moderatorun çıxışı, 400-dən çox dövlət və özəl müəssisənin məsul şəxsləri, o cümlədən dövlət qurumlarının rəsmiləri, icraçı direktorlar, şirkət nümayəndələri və iş adamlarının iştirakı nəzərdə tutulub.
Tədbir barədə daha ətraflı məlumatla və iştirak qaydaları ilə Sənaye Təhlükəsizliyi Zirvəsinin rəsmi internet səhifəsinə keçid etməklə tanış olmaq mümkündür: https:/stz.az/.