Bakıda saxlanılan erməni hərbi cinayətkarlar ailələri ilə danışıblar

Bakida saxlanilan ermeni herbi cinayetkarlar aileleri ile danisiblar

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycanda saxlanılan erməni hərbi cinayətkarlara baş çəkiblər

Zeferinfo.az Modern.az-a istinadən xəbər verir ki, başçəkmə dekabrın sonlarında - Yeni il ərəfəsində olub.
Bu məlumat BQXK-nın Ermənistandakı nümayəndəliyindən təsdiqlənib.
Məlumata görə, Yeni il ərəfəsində, dekabrın 30-da Bakıda saxlanılan erməni hərbi cinayətkarlara ailələri ilə danışıq aparmalarına şərait yaradılıb.
Qeyd edək ki, Bakıda saxlanılan erməni hərbi cinayətkarlara arasında "artsax"ın "keçmiş prezidentləri" Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, "keçmiş xarici işlər naziri" David Babayan, həmçinin "parlamentin spikeri" David İşxanyan, "artsaxın müdafiə ordusunun keçmiş komandanı" Levon Mnatsakanyan, David Manukyan və "keçmiş dövlət katibi" Ruben Vardanyan var. Onlar yanvarın 17-də hakim qarşısına çıxarılacaqlar.