Bakıda qarlı hava şəraitinə hazırlıq məsələləri müzakirə edilib

Bakida qarli hava seraitine hazirliq meseleleri muzakire edilib

Bakıda qarlı havalara hazırlıq tədbirlərinin vəziyyəti ilə bağlı məsələlər Pirallahı, Səbail və Qaradağ rayonlarında müzakirə edilib.

Bu barədə Zeferinfo.az Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, müşavirələrdə Bakı Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, rayon rəhbərliyi, kommunal-təsərrüfat və digər aidiyyəti qurumların rəhbərləri, həmçinin özəl sektorun nümayəndələri də iştirak ediblər.

Müzakirə zamanı hər bir sahə rəhbərinin hesabatı dinlənilib.

Qarın təmizlənməsi işlərinə kommunal qurumların texnikası ilə yanaşı, idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara alınıb.

Eyni zamanda, ictimai iaşə müəssisələrinin, özəl qurumların rəhbərlərinə, ictimaiyyət nümayəndələrinə qarlı günlərdə Avropa ölkələrində də qəbul edilən qaydalara uyğun özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə çağırış edilib.