Bakıda moped və skuter oğurlayan şəxslər saxlanıldılar

Bakida moped ve skuter ogurlayan sexsler saxlanildilar

Paytaxtın müxtəlif ərazilərində 2 ədəd mopedin oğurlanması və zərərçəkənlərə ümumilikdə 3000 manat dəyərində ziyan vurulması barədə polisə məlumat daxil olub.

Bu barədə Zeferinfo.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş B.Əhmədov və H.Məmmədov müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Back To Top