Bakıda mənzildə partlayış - 4 nəfərə tibbi yardım göstərilib

Bakida menzilde partlayis - 4 nefere tibbi yardim gosterilib

28.08.2025-ci il tarixində saat 06:10 radələrində Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsində yaşayış binasında partlayış baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

TƏBİB-dən Zeferinfo.az-a bildirilib ki, çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub.

Təcili tibbi yardım briqadasına ikisi uşaq olmaqla, ümumilikdə 4 nəfərin (1-i qadın, 3-ü kişi cinsli) müraciəti qeydə alınıb.

Onların hər birinə təcili tibbi yardım briqadası tərəfindən yerinə ilkin tibbi yardım göstərilib.