Bakıda memarlıq abidəsinə zərər vurmaq cəhdi qarşısı alındı — FOTOLAR

Bakida memarliq abidesine zerer vurmaq cehdi qarsisi alindi — FOTOLAR
 
Demokrat.az bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.
Aydın olub ki, binanın fasadında və 133,4 kv.m sahəsi olan qeyri-yaşayış obyektində heç bir icazə sənədi və müvafiq qurumlarla razılaşdırma olmadan özbaşına təmir-tikinti işləri aparılıb. Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən işlərin dayandırılması ilə bağlı aidiyyəti qurumlar və obyektin sahibləri əvvəlcədən xəbərdar edilsə də, qanunsuz fəaliyyət yenidən davam etdirilərək reklam banerləri ilə gizlədilməyə cəhd göstərilib.